Yuxarı

Eks-prezident KQB ilə əməkdaşlıqdan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eks-prezident KQB ilə əməkdaşlıqdan danışdı

Polşanın keçmiş prezidenti Lex Valensa xüsusi xidmət orqanları ilə əməkdaşlıq haqqında sənədi onların əməkdaşlarından birinə kömək etmək məqsədilə imzalayıb.

Axar.az xəbər verir ki, bunu eks-prezident "Polşa radiosu"na açıqlamasında deyib. Onun sözlərinə görə, xüsusi xidmət orqanları ilə iki sənəd imzalayıb:

"Onlar pulları özləri üçün götürürdülər. Bunu müxtəlif insanlar uzun müddət növbəli şəkildə ediblər. Mən artıq çoxdan onlarla əlaqələrimi dayandırmışam. Adımın bu işdə hallanmasına görə kapitan Qraçik adlı şəxs məsuliyyət daşıyır. Mən əməkdaşlıq haqqında sənədə imza atmışam, amma onlara heç bir informasiya verməmişəm".

Qeyd edək ki, Lex Valensanın SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə işləməsi haqqında iddialar 1980-ci illərdə Polşanı idarə edən general Voytsex Yaruzelskinin ən yaxın adamlarından biri olan general Çeslav Kişakın məxfi sənədlərinin ictimaiyyətə təqdim edilməsindən sonra ortaya çıxıb. 90 səhifəlik sənədin içərisində həmçinin xüsusi xidmət orqanları ilə əməkdaşlığa razılıq verilməsi ilə bağlı zərf də yer alıb. Bu sənədin altında isə "Lex Valensa-Bolek" imzası qoyulub. Bolekə aid sənədlərin 1970-1976-cı illəri əhatə etdiyi bildirilib.

Lex Valensa bundan öncə də kommunist rejimin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunub. 2000-ci ildə Polşa Məhkəməsi ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Valensa 1990-1995-ci ildə Polşa prezidenti olub. O, Polşada kommunist rejiminə qarşı mübarizə aparan əsas siyasi xadimlərdən hesab edilir və 1983-cü ildə Nobel sülh mükafatına layiq görülüb.

Tarix
2016.02.24 / 12:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla