Yuxarı

Ermənistanla sərhəddə gərginlik var? – ABŞ-ın şərhi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan hakimiyyəti iki ölkə arasında sərhəddə gərginliyi artırmaqdan, eləcə də regiondakı vəziyyətlə bağlı sərt bəyanatlar verməkdən çəkinməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Müdafiə Nazirliyinin son məlumatını şərh edərkən deyib.

“Qeyd etmək istərdim ki, AB-nin monitorinq missiyası dünən (31 mart) bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədi sabitdir, qoşunların və ya artilleriyanın qeyri-adi hərəkəti müşahidə olunmur. Biz sərhəddə ritorika və hərbi fəaliyyətə qarşı xəbərdarlıq edirik və edəcəyik. Biz bütün insanların hüquqlarına hörmət edilən, regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasına çağırmaqda davam edirik. Və siz bu kürsüdən məndən eşitdiyiniz kimi, bir çox hallarda davamlı sülhə nail olmağın yeganə yolu danışıqlardan keçir”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton həm Ermənistana, həm də Azərbaycana eskalasiyanın heç kimin maraqlarına cavab vermədiyini bildirməyə davam edəcək.

Qeyd edək ki, Ermənistan ordusunun sərhədə hücum silahları yerləşdirdiyini əks etdirən görüntüləri Azərbaycan MN yayıb.

Tarix
2024.04.01 / 23:53
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla