Yuxarı

Teleqram Kremlin nəzarətindədir? - Durov açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqramın Rusiya hakimiyyətinin nəzarətində olması barədə məlumat onun yaranma tarixini bilməyən insanlar tərəfindən yayılır.

Axar.az xəbər verir ki, bunu Teleqramın baş direktoru Pavel Durov amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində deyib.

“Bunu Teleqramın necə yarandığı barədə çox məhdud məlumatı olan insanlar deyə bilər. Və bizi gözdən salmaq istəyən rəqiblərimiz bu məlumatı yayanları həvəsləndirə bilər, çünki Teleqram meşə yanğını kimi yayılır”, - o bildirib.

Durov ABŞ xüsusi xidmət orqanlarının nəzarəti barədə də danışıb:

“ABŞ-ın harasında olmağımızdan asılı olmayaraq, FTB və təhlükəsizlik xidmətləri bizə həddən artıq diqqət yetirir. Nə vaxt ABŞ-a getsəm, FTB agentləri məni hava limanında qarşılayır və suallar verirlər. Bir dəfə saat 9:00-da səhər yeməyi yeyirdim və FTB kirayə qaldığım evə gəldi. Onlar bilirdilər ki, mən Rusiyanı tərk etmişəm. Nə etdiyimizi bilirdilər, amma təfərrüatı istəyirdilər. Həm də San-Fransiskoda soyğunçuların hücumuna məruz qaldıqdan sonra ABŞ-da biznes qurmaqdan imtina etdim. Digər ölkələrdən Almaniya, İngiltərə və Sinqapurdan isə bürokratiyaya görə uzaqlaşdım. Ona görə də indi ofisimiz Dubaydadır”.

Durovun sözlərinə görə, Teleqrama əsas təzyiq hökumətlərdən deyil, Əpl və Quqldan gəlir:

“Bu iki platforma əslində smartfonunuzda oxuya biləcəyiniz hər şeyə senzura tətbiq edə bilər”.

Bu kontekstdə o, ayfon və androidlərin təhlükəsiz olmadığını vurğulayıb.

Tarix
2024.04.17 / 12:41
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla