Yuxarı

ABŞ İsrailə dəstək üçün 26 milyard ayıracaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İsrailə dəstək üçün 26 milyard ayıracaq

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar ABŞ büdcəsindən İsrailə dəstək üçün 26,38 milyard dolların ayrılması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırladığı qanun layihəsində öz əksini tapıb.

Bu məbləğin 4,4 milyardının İsrailə tədarük edilən texnika və müdafiə xidmətlərinin, daha 4 milyardının isə "Dəmir Qübbə" və “David Sling” hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılmasına sərf ediləcəyi gözlənilir.

Bundan əlavə, silahların alınmasına 3,5 milyard dollar, ABŞ-ın regiondakı cari hərbi əməliyyatlarına isə 2,4 milyard dollar xərclənəcəyi gözlənilir. Həmçinin, 1,2 milyard dollar “Iron Beam” hava hücumundan müdafiə sisteminə xərclənəcək.

Tarix
2024.04.17 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla