Yuxarı

Türkiyədə təyyarəni qaçıran şəxsin adı və tələbləri açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə təyyarəni qaçıran şəxsin adı və tələbləri açıqlandı

Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd edən Ukrayna vətəndaşının adı açıqlanıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu, 45 yaşlı Artyom Kozlovdur.

Təyyarə İstanbulun Sabiha Gökçən hava limanına endikdən sonra zərərsizləşdirilən A.Kozlov yüngül xəsarət alıb. O, istintaqa ilkin ifadəsində təyyarə qaçırmaq cəhdini Ukrayna və Rusiyadakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə həyata keçirdiyini bildirib. Bununla belə, o, konkret olaraq hansısa məhbusun adını çəkməyib.

Qeyd edək ki, fevralın 7-də Xarkov-İstanbul aviareysini həyata keçirən və "Pegasus" şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarənin sərnişinlərdən biri əlində telefon tutaraq yük yerində bomba olduğunu bildirib və təyyarənin XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin keçirildiyi Soçiyə uçmasını tələb edib. Əks halda, təyyarəni partladacağı ilə təhdid edib. Lakin pilot təyyarəni təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirib. Dərhal təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb, yük yerində axtarış aparılıb və təyyarədə bomba olmadığı aydınlaşıb. Bundan sonra pilotla danışıqlar aparılıb və sərnişinlərin buraxılmasına dair razılaşma əldə olunub. Qəfil hərəkətə keçən Türkiyə xüsusi təyinatlıları A.Kozlovu zərərsizləşdirib.

Ukrayna Təhlükəsizlik Xidməti isə təyyarəni qaçırmaq istəyən şəxsin sərxoş olduğunu açıqlayıb. Türkiyədəki rəsmilərlə müzakirələrdən sonra yayılan açıqlamada bildirilib ki, hadisə terrora cəhddən daha ziyadə sərxoş bir sərnişinin özünü idarə edə bilməməsi kimi dəyərləndirilir.

Tarix
2014.02.08 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla