Yuxarı

Zatulin: Paşinyan əclafdır, Rusiyanı nəzərdə tutub - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:00

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibədə uduzduğuna görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.

Axar.az xəbər verir ki, bunu "Qazeta.ru"ya müsahibəsində Dövlət Dumasının deputatı, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin deyib.

O, Paşinyanın 2020-ci ildə Bakıya yardım göstərdiyinə görə KTMT-yə üzv iki ölkəyə qarşı ittihamlarını belə şərh edib:

“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi uğursuzluğa düçar etmiş və itirmişdir”.

O, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki ölkəsi deyərkən Rusiya və Belarusu nəzərdə tutduğunu bildirib.

Qeyd edək ki, Paşinyan ötən gün "KTMT-yə üzv iki ölkəni Azərbaycana yardımda" ittiham edib: “2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər. Mən KTMT-nin iki ölkəsini tanıyıram ki, bizə qarşı müharibəyə hazırlıqda iştirak edib”.

Paşinyan həmin ölkələrin adını çəkməyib.

Tarix
2024.05.23 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

Nikolun sərhəd təklifi: AB-dən dərhal dəstək gəldi

Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…

İrəvan Türkiyənin təsiri ilə bu qərarı verdi – Rus ekspert

İrəvanın Bakıya məkrli təklifi: Nikolun sərhəd planı…

Putindən Azərbaycandakı səfirlə bağlı fərman

İrəvan diplomat kanallar vasitəsilə Bakıya nə təklif edib?

Azərbaycanlılar təbrizlini prezident seçəcəkmi?

Ordumuzun qoşun növlərində mediatur... - Video

Ermənistanın növbəti hədəfi: "Barak 8"...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla