Yuxarı

Tural Şahbazlı türk şəhidin vəsiyətini yerinə yetirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı xeyriyyəçi Tural Şahbazlı Türkiyə ordusunun iyunun 21-də İraqın şimalında terrorçularla döyüş zamanı şəhid olmuş serjantı Mehmet Ali Horozun vəsiyyətini yerinə yetirib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, türkiyəli hərbçi ölümündən üç gün əvvəl yayımladığı videoda həlak olacağı təqdirdə Afrika ölkələrindən birinin sakinləri üçün quyu qazmağı xahiş edib. Şəhidin vəsiyyətini azərbaycanlı Tural Şahbazlı həyata keçirib və onun təşəbbüsü ilə Kamerunun Asiyeba kəndinin sakinləri üçün quyu qazılıb.

Xeyriyyəçi Afrika kəndində aparılan işlərin görüntülərini əks etdirən videonu şəxsən şəhidin yaxınlarına təhvil verib.

Qəhrəmanın atası və böyük qardaşı videoya baxarkən göz yaşlarını tuta bilməyiblər.

Şahbazlı isə jurnalistlərə bildirib ki, onun özü türk hərbçisi həlak olduğu vaxt Azərbaycanda olub.

“O vaxt Kamerunda atamın xatirəsinə quyu qazırdılar. Ancaq türkiyəli hərbçinin vəsiyyəti olan videonu görəndən sonra Türkiyədən olan şəhidin vəsiyyətini yerinə yetirmək qərarına gəldim”.

Tarix
2024.06.23 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Obrayenin Bakı səfərinin 3 sensasion hədəfi - Akyar

Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!

Bayramov Tiflisdə anons verdi: Müsbət xəbərlər var

ABŞ İrəvanı tələsdirir, Bakıya görə Fransanı tənqid edir

Tokayevdən TDT ölkələri ilə bağlı qərar

Türkiyənin ilk astronavtı Bakıda

Ermənistandan gedən Qarabağ ermənilərinin sayı açıqlandı

Azərbaycan bu problemlərin həllində fəal rol oynayacaq

Bayramov Papuaşvili ilə nələri müzakirə etdi?

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla