Yuxarı

Ukrayna Sevastopolu ATACMS-lə vurdu: 4 ölü, 151 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.06.23. 14:36

Sevastopol raket atəşinə tutulub.

Axar.az xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.

“Raket hücumlarının qarşısı alınıb. 5 hədəf hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Uçkuyevka qəsəbəsində ikisi uşaq olmaqla, 12 nəfər, Lyubimovkada isə iki nəfər yaralanıb”, - Razvojayev bildirib.

***

Rusiya Müdafiə Nazirliyinin məlumata görə, Ukrayna ordusu Sevastopola ATACMS raketləri ilə zərbələr endirib.

Zərbələr nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 100 nəfər isə yaralanıb.

***

Sevastopolda raket hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb. Onlardan ikisi uşaqdır.

Bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.

Onun sözlərinə görə, 119 nəfər yaralanıb.

***

Mixail Razvojayev yaralıların sayının 144-ə çatdığını bildirib.

Həmçinin əlavə edib ki, dəqiqləşən son məlumata görə, ölənlərin sayı 5 yox, 4-dür.

***

Razvojayev yaralıların sayının 151-ə çatdığını açıqlayıb.

Tarix
2024.06.24 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Obrayenin Bakı səfərinin 3 sensasion hədəfi - Akyar

Ya seçkiləri boykot edin, ya da Pezeşkiana səs verin!

Bayramov Tiflisdə anons verdi: Müsbət xəbərlər var

ABŞ İrəvanı tələsdirir, Bakıya görə Fransanı tənqid edir

Tokayevdən TDT ölkələri ilə bağlı qərar

Türkiyənin ilk astronavtı Bakıda

Ermənistandan gedən Qarabağ ermənilərinin sayı açıqlandı

Azərbaycan bu problemlərin həllində fəal rol oynayacaq

Bayramov Papuaşvili ilə nələri müzakirə etdi?

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla