Yuxarı

Putinin “kölgə donanması” üçün yol bağlanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın kölgə neft donanmasının Baltikdən keçidi bağlana bilər.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“Qərbin sanksiyaları səbəbindən Rusiya müvafiq sığortası olmayan köhnə tankerlərdən istifadə edərək dəniz yolu ilə neft ixrac etməyə başladı. Hazırda dünyada sutka ərzində təxminən 1,5 milyon barrel neft nəql edən 1400-ə yaxın belə gəmi var. Onlar təmir edilmir, tez-tez qəzaya düşür. Baltik dənizindən çıxan bir çox tanker Almaniya və Danimarka sahilləri yaxınlığından keçir. Hər həftə Fin körfəzindən Şimal dənizinə doğru hər biri 100 min ton Rusiya nefti daşıyan 70-ə yaxın gəmi çıxır”, - nəşr bildirib.

Almaniya Bundestaqının İttifaq 90/Yaşıllar Partiyasından deputatı Hannes Damm nəşrə açıqlamasında vəziyyətin faciəvi hal aldığını deyib:

“Bircə tanker qəzası nəticəsində Baltik dənizi və çimərliklər çirklənsə, fəlakət olacaq”.

Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen də ölkə rəhbərliyinin kifayət qədər təhlükəli neft tankerlərinin keçidinin qadağan edilməsi ehtimalına baxdığını və bunun üçün Baltikyanı regionun digər ölkələri ilə birgə işçi qrupu yaratdığını bildirib.

Tarix
2024.06.21 / 10:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk əsri Şuşada başlayır: Əliyev tarixi səhifə açır

İranın ən yeni tarixində ilk: Azərbaycanlı prezident seçilir - Rəsmi

İslahatçılar Pezeşkianı qalib elan etdi - Foto

Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Xarici ölkələrdə verilən səslər açıqlandı – Pezeşkian liderdir

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ümumqoşun Ordunun yeni komandanı kimdir? - Dosye

İran seçkisi: Bakıdan Pezeşkiana bu qədər səs verildi

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla