Yuxarı

Pakistan bu dəhlizə qoşulmağa hazırdır - Camali

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Xantı-Mansiyskdə keçirilən beynəlxalq İT forumunda çıxış edən Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali deyib.

“Pakistan prinsipcə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa razıdır və müvafiq prosedura başlayıb. Biz bu istiqamətdə irəliləyirik", - səfir əlavə edib.

Diplomat Pakistanın Böyük İpək Yolu marşrutunu canlandırmaq niyyətindən də danışıb:

“Biz tarixi İpək Yolunu canlandırmağa çalışırıq. Pakistanın sitrus meyvələrinin ilk partiyası İran və Azərbaycandan Dağıstana çatdırılıb. Bu yeni marşrut artıq 1 milyard dollara çatan ticarət həcmini artırmaq üçün imkanlar açır”.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.

Tarix
2024.06.21 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

Bayramov Kobaxidze ilə görüşdü

Zakir Həsənov Macarıstana səfər etdi

Onların rahat səs verməsi üçün... – MSK sədri

Bu dairə seçki komissiyalarının tərkibində dəyişiklik oldu

Prezident İnger Andersonu qəbul etdi

Obrayen təkliflə gəlir: Bakının əsas tələbi nədir?

Bu azərbaycanlılar Pezeşkiana qarşı çağırış etdi

Sülh sazişi razılaşdırılıb, bir ay ərzində... - Mirzoyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla