Yuxarı

100 il sonra türklər İranda hakimiyyətə gəlir – Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidentliyinə namizəd Məsud Pezeşkianın reytinq cədvəlində önə keçməsi hakimiyyəti, mühafizəkar siyasi cərəyan və fars miliyyətçiləri ilə yanaşı Tehran rejiminə müxalifətdə olanları da narahat edib.

Axar.az xəbər verir ki, bununla bağlı Tehrana müxalif təşkilatların mətbu orqanlarında materiallar dərc olunur.

Belə ki, İran Xalq Mücahidləri təşkilatı və ölkədə şahlıq üsul-idarəsinin bərpasını tələb edən təşkilatlar digər namizədlərdən fərqli olaraq, repressiyalarda əli olmayan türk namizədə qarşı geniş təbliğat kampaniyası başladıb. Xüsusən iyunun 26-ı axşam saatlarında Məsud Pezeşkianın Təbrizə gəlməsi, azərbaycanlıların onu türkcə şüarlarla qarşılamasından sonra bu antitəbliğat kampaniyaları daha da genişlənib. Onlar Keşikçilər Şurasının (Konstitusiyaya Nəzarət Şurası) Məsud Pezeşkianın namizədliyini təsdiq etməsini səhv adlandıraraq, burada qaranlıq məqamların olduğunu bildiriblər.

Həmin təşkilat və siyasi qruplaşmaların bir neçəsi birbaşa və dolayı yolla Məsud Pezeşkianın qələbəsinin qarşısını almaq üçün namizədlərin bir namizədin xeyrinə geri çəkilməsini təklif ediblər. Qeyd olunan siyasi cərəyanlar və hakimiyyətə bağlı bir sıra media orqanlarında “100 illik fasilədən sonra türklər hakimiyyətə qayıda bilər!” məzmunlu xəbərdarlıq mahiyyətli materiallar paylaşıblar.

Tehran rejiminə müxalifətdə olan həmin siyasi qruplaşmalarla hakimiyyətin radikal mühafizəkar qanadının mövqeyi üst-üstə düşdüyü üçün İran mediası da az dəyişikliklə qeyd olunan tələbləri əks etdirir.

Bəzi müstəqil və tərəfsiz siyasi ekspertlər bunu “üç fərqli qütbün türklərə qarşı məcburi birliyi” kimi dəyərləndirirlər.

Qeyd edək ki, 1925-ci ildə ingilislərin dəstəyi ilə Əhməd şah Qacarı devirərək, hakimiyyətə gələn Pəhləvi fars millətçiliyini dövlətin əsas siyasdətinə çevirmişdir.

Tarix
2024.06.27 / 10:31
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla