Yuxarı

Kreml ABŞ-la diplomatik münasibətləri kəsir? - Ryabkov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hakimiyyəti ABŞ-la diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya”ya müsahibəsində deyib.

“İndi diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasını ehtiva edən həll yolu mümkündürmü? Deyə bilərəm ki, bu, nəzərdən keçirilən mövzudur və araşdırılır. Bu cür qərarlar ən yüksək səviyyədə qəbul edilir. Rəqiblər bilməlidirlər ki, addım-addım geri dönüşü olmayan nöqtəyə yaxınlaşırlar. Rusiya Qərblə münasibətlərin ən kəskin fazasının təlatümlərinə baxmayaraq, heç vaxt diplomatik münasibətləri azaltmağa təşəbbüs göstərməyib”, - o bildirib.

Ryabkovun fikrincə, səfirliklərin işi lazımi kommunikasiya kanallarını qoruyub saxlayan “ağır funksiyadır” və buna laqeyd yanaşmaq olmaz:

“Bizdə səfirlərin məsləhətləşmələr üçün geri çağırılması halları olub və bu, həm də ümumi qəbul olunmuş təcrübədir. Gələcək variantların heç birini istisna etmirik. Hər şey rəqiblərimizin kimin və necə davranacağından asılı olacaq”.

Tarix
2024.06.27 / 11:15
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla