Yuxarı

Pezeşkiana görə SEPAH-da qarşıdurma yarandı - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məsud Pezeşkianın reytinq cədvəlində Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlament sədri Məhəmməd Bagir Qalibafdan irəlidə olması SEPAH arasında qarşıdurmaya səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə yerli sosial media kanalları və yerli mənbələrdə iddialar səsləndirilib.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi SEPAH-ın Şərqi Azərbaycan əyalətindəki “31 Aşura” briqadasını Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə dəstək verməməkdə, Pezeşkianı himayə etməkdə günahlandırıb.

Qeyri-rəsmi məlumatlarda Cəlilinin xeyrinə dəstək bəyanatı səsləndirməkdən imtina edən “31 Aşura” briqadasına təzyiq göstərildiyi, SEPAH komandirlərinin iclasının keçirildiyi bildirilib.

Yerli mənbələrin dediyinə görə, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində də (ETTELAAT) oxşar problemlər yaranıb, nazirliyin Şərqi, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərindəki bölmələrinə təzyiqlər göstərilir.

Bunun bir neçə ay əvvəldən başladığı, mərkəzin Azərbaycan əyalətlərindəki qurumlara etimadının azaldığı üçün yerli idarələrin bir sıra səlahiyyətlərinin məhdudlaşdırıldığı deyilir.

İddia olunur ki, iyunun 25-də Təbriz fərmandarlığı SEPAH-ın Baş Komandanlığının təzyiqi nəticəsində Məsud Pezeşkianın iyunun 26-da Təbrizin Bağşimal (Təxti) stadionunda nəzərdə tutulan seçki mitinqinin keçirilməsi üçün verilən icazəni ləğv edib.

Bu, “31 Aşura” briqadasının azərbaycanlı komandirlərinin narazılığına səbəb olub və onlar Təbriz fərmandarlığını mitinqin keçirilməsi icazəsini bərpa etməyə məcbur ediblər.

Bununla yanaşı, son bir neçə ay ərzində Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində həbs olunan milli fəalların əvvəlkilərdən fərqli olaraq dindirilmək üçün Tehrana aparılmaları Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölmələrə inanmadığı kimi qiymətləndirilir.

Tarix
2024.06.27 / 16:13
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla