İran bu ərazilərə pul və silah göndərib - Qallant
01:05
Ana səhifə Planet |
Ukrayna Müdafiə Nazirliyi işğal olunmuş Krımda Rusiya Kosmik İzləmə və Kommunikasiya Mərkəzinin vurulduğunu təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Feysbuk hesabında məlumat paylaşılıb.
"Bu, işğalçılar üçün peyk rabitəsi və naviqasiya sistemində mühüm hərbi komponentdir, - MN qeyd edib.
Bildirilib ki, mərkəz artıq Rusiyanın son həftədəki itkiləri siyahısına əlavə edilib.
Qeyd edək ki, Ukrayna ordusunun sözügedən mərkəzə ikinci dəfə dronlarla hücumu 24 iyunda baş vermişdi.
Tarix
2024.06.28 / 23:49
|
Müəllif
Axar.az
|