Yuxarı

Şad xəbər: etibarnamə ilə bağlı problem həll oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb.

Axar.az "Operativ Məlumat Mərkəzi"nə istinadla xəbər verir ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq.

Belə ki, Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.

Bir gün sonra təsdiqlənən müraciətdə sürücü, etibarnamə ilə avtomobili idarə edəcəyi tarix aralığını seçir. Etibarnamə ilə avtomobili idarə edən şəxs qeyd olunan müddətdə inzibati xəta törətməyibsə, ondan sonrakı tarixlərin məsuliyyətini daşımamış olur.

Bir sözlə, avtomobil sahibi kiməsə nəqliyyat vasitəsini etibarnamə ilə veribsə, artıq nəqliyyat vasitəsini idarə edən şəxs həmin müddəti özü təyin edə bilər. Bu zaman törədilən inzibati xətalar həmin avtomobil sahibinin yox, sürücünün adına rəsmiləşəcək.

Tarix
2024.11.04 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla sülh müqaviləsi bağlanmasa da... - Usubov

ABŞ-da seçki başladı: qalib o olacaq – Səbəblər

Nazir onu yüksək vəzifəyə təyin etdi

SP Maya Sandunu tanımadı: Qalib Stoyanoğludur!

Axtarışa verilmiş şəxs Almaniyadan Bakıya gətirildi

Anar Ələkbərov Klaudio Qucerotti ilə görüşdü - Foto

Bu, Azərbaycan üçün böyük qələbədir – Simonyan

Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Sadıqovun əmrlərini yerinə yetirmişəm - Qurbanov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla