Yuxarı

Berbok: Siz azadlığımız uğrunda vuruşursunuz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berbok: Siz azadlığımız uğrunda vuruşursunuz

Almaniya ABŞ-dakı prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Ukraynanın müdafiəsini dəstəkləməyə davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya XİN başçısı Annalena Berbok Kiyevdə Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.

Berbok ABŞ-dakı seçkilərin nəticələrinin Almaniya üçün əhəmiyyət kəsb etmədiyini vurğulayıb. O bildirib ki, Almaniya Ukraynanın müdafiəsinə sərmayə qoymaqla, öz müdafiəsinə də sərmayə yatırır.

Nazir ABŞ-dakı seçkilərin nəticələrinin nə olacağını bilmədiklərini, lakin beynəlxalq məsuliyyət kontekstində səyləri birləşdirmək lazım olduğunu qeyd edib.

O, Almaniyada bəzi insanların Ukraynanı dəstəkləməkdə şübhələri olduğunu, lakin Almaniyanın böyük bir ölkə olaraq məsuliyyətini bildiyini vurğulayıb:

"Siz tək deyilsiniz. Dünyada bu dəqiqə ən güclü dostlarınız və tərəfdaşlarınız var. Biz sizə dəstək olmağa davam edəcəyik, çünki siz Avropadakı azadlığımız uğrunda mübarizə aparırsınız".

Tarix
2024.11.04 / 23:53
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla