Yuxarı

Moldova müxalifəti Sanduya qarşı birləşdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın əsas müxalif qüvvələri – Sosialist Partiyası və “Qələbə” bloku (İlon Şor) 3 noyabr seçkilərini tanımadıqlarını elan ediblər.

Axar.az xəbər verir ki, bu barədə partiyalar bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, xaricdəki seçki məntəqələrində Maya Sandunun xeyrinə kütləvi seçki saxtakarlığına dair sübutlar var.

Moldova müxalifəti prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar.

“Sandu prezident postunu qoruyub saxlayarsa, biz Mərkəzi Seçki Komissiyasının qərarına Konstitusiya Məhkəməsində etiraz edəcəyik, çünki biz ölkədə hakimiyyəti ələ keçirmiş Qərb qüvvələrinin yaratdığı xaosu qəbul edə bilmərik ”, - “Qələbə” blokunun lideri İlon Şor vurğulayıb.

Qeyd edək ki, Sosialist Partiyasının dəstəklədiyi namizəd, etnik qaqauz Aleksandr Stoyanoğlu 3 noyabr seçkisində rəqibi, hazırkı Prezident Maya Sanduya ölkə xaricindən gələn səslər hesabına məğlub olub. Belə ki, Moldova daxilində səsvermədə Stoyanoğlu 51,19% səs toplayıb, ölkə xaricindən, xüsusilə Avropadan gələn diaspor səsləri isə Maya Sandunun 55,33% səslə qalib gəlməsini təmin edib.

Müxalifət buna görə nəticəyə kəskin etiraz edir.

Tarix
2024.11.04 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Əsəd ölkəni dağıdıb getdi: Suriya 3 yerə parçalanacaq

Əsəd getdi, kartlar açıldı: Türkiyə yanına kimi alacaq?

Artıq Ərdoğanı təbrik edirlər: Zəngəzur gedir - Şahnazaryan

Əsəd cəmi 12 günə devrildi: Planı kim hazırlayıb?

Türkiyə Suriyada o qədər gücləndi ki… - İrana ağır zərbə

Meydan TV işi üzrə saxlanılanlar barədə qərar verildi

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video

Suriyada yeni mərhələ: HTŞ-PKK savaşı başlayır?

Azərbaycana mehriban qonşu olmaq istəyirik - Kostanyan

Tramp “Suriyaya qarışmayın” dedi, 20 yanvardan isə…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla