Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı
09:42
Ana səhifə Planet |
İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu qərar ittifaqın Rusiyada təşkil olunan sammitində qəbul edilib.
"İran bundan sonra ittifaqımızda müşahidəçi dövlətdir", - Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Bakıtjan Sagintayev jurnalistlərə bildirib.
Qeyd edək ki, Kuba və Özbəkistan da Aİİ-də müşahidəçi dövlət statusuna malikdir. Avrasiya "beşliyi"nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Tarix
2024.12.26 / 18:50
|
Müəllif
Axar.az
|