Ana səhifə Toplum |
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın baş konsulluğunda başsağlığı kitabına ürək sözlərini yazıb, diplomatik nümayəndəliyin binası önünə gül qoyub.
Axar.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Administrasiyasının mətbuat mərkəzindən məlumat verilib.
Dekabrın 26-da qubernator Aleksandr Beqlov baş konsulluğa gələrək başsağlığı kitabında kədərini ifadə edib:
“Aktau şəhərində Azərbaycan Hava Yolları QSC-yə məxsus təyyarənin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Sankt-Peterburq sakinləri adından dərin hüznlə başsağlığı verirəm”. A.Beqlov həlak olanların doğmalarına və yaxınlarına dəstək sözlərini bildirib, xəsarət alanların tezliklə sağalmasını diləyib.
Qubernator yazıb: “Sankt-Peterburq sakinləri dost Azərbaycan Respublikası xalqının ağrı və kədərini bölüşürlər”.
Tarix
2024.12.26 / 19:10
|
Müəllif
Axar.az
|