Yuxarı

Ramiz Tatarov azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən, Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Onun məhkumluğu gələn ilin dekabrında başa çatacaq.

Qeyd edək ki, R.Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində-2019-cu ilin dekabrında həbs edilib.

Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Tarix
2024.12.26 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ da ərazi iddiasına başladı – Çin mübarizəyə qoşulur

Hökumə təyyarədə təhlükəsizlik qaydalarını izah edərkən - Video

Bakı dərhal üzr istəmişdi: Moskva niyə gecikir? – Rus ekspert

Qəza ilə bağlı şok faktlar: Təyyarə məhz orada vurulub!

MM "Söyüdlü” yatağı ilə bağlı bu qərarı ratifikasiya etdi

Bakıdan üzr istəyin, münaqişə yaratmayın! - Şevçenko

Qəza yerində çəkiliş edən blogerin cəzası bəlli oldu

Vurulan təyyarəmiz Xəzəri necə keçib? “Dağla” uçuşu – Foto

İqorun uçuş zamanı təkrarladığı söz... - Dostu danışdı

Vurduğu təyyarəmizi enməyə qoymayan Rusiya...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla