Yuxarı

Vurduğu təyyarəmizi enməyə qoymayan Rusiya...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vurduğu təyyarəmizi enməyə qoymayan Rusiya...

Xəbər verdiyimiz kimi, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, Qroznıda AZAL təyyarəsinin enişə cəhd zamanı Rusiya HHM sisteminin zərbəsinə tuş gəldiyi və zədələndiyi, bu səbəbdən də qəzaya uğradığı artıq yəqinləşib.

Qroznı üzərində zədələnən təyyarənin Qroznı, Mahaçqala, Minvod və digər yaxın aeroportlara enməsinə Rusiya tərəfindən icazə verilməməsi və təyyarənin Xəzər dənizi üzərinə göndərilməsi isə aşağıdakı beynəlxalq konvensiyaların pozulması deməkdir:

- 1944-cü il Çikaqo Konvensiyası;

- 1958-ci il Cenevrə Konvensiyası;

- 1963-cü il Tokio Konvensiyası;

- 1970-ci il Haaqa Konvensiyası;

- 1971-ci il Monreal Konvensiyası;

- 1988-ci il Monreal Konvensiyası.

Həmçinin bununla Rusiya 1996-cı il Azərbaycanla Rusiya arasında hava əlaqəsi haqqında Sazişin də kobud surətdə pozub.

Qeyd edək ki, təyyarənin Aktau hava limanında qəzaya uğraması nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Tarix
2024.12.27 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla