Yuxarı

Makron buna görə uduzdu – Rusiyadan reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts dünyada sabitliyi pozmaq üçün hər şeyi edir. Lakin onların ölkələrinin vətəndaşları liderlərinin kursunu dəstəkləməkdən imtina edirlər.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında yazıb.

“Bayden və Makronun uğursuzluqları ona gətirib çıxarıb ki, amerikalılar və fransızlar fərqli siyasət lehinə seçim etməyə başlayıblar. ABŞ və Fransa vətəndaşları öz seçimlərini milli yönümlü siyasət yeritmək, iqtisadiyyatlarının inkişafı və qlobal təhlükəsizlik məsələlərinin həlli zərurətindən yana edirlər. Böyük Britaniyanın mühafizəkarlarını da uğursuzluq gözləyir. Səbəbi özlərində axtarmalıdırlar”, - o bildirib.

Qeyd edək ki, ötən gün Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağ Milli Birlik Partiyası qələbə qazanıb. Makronun koalisiyası isə 3-cü yeri tutub. Seçkilərin ikinci turu 7 iyulda keçiriləcək.

Tarix
2024.07.01 / 10:38
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

ABŞ-ın Bakı və İrəvan mövqeyi: Nə olursa olsun… – Badalyan

Azərbaycan Hindistana başsağlığı verdi

Bakı - İrəvan danışıqları bizim üçün prioritetdir - ABŞ

NATO generalı Bakıda isti mesajlar verdi

İran səfirliyi Azərbaycana təşəkkür etdi

Putin İlham Əliyevlə danışıqlar aparacaq

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla