Yuxarı

Cəlili Pezeşkianın “silahı”nı almağa çalışdı: Mən də türkəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən İranın pak torpağının oğluyam və türkdilli doğulduğuma görə fəxr edirəm.

Axar.az xəbər verir ki, bunu İranda prezidentliyə namizəd olan Səid Cəlili sosial media hesabında yazıb.

O, rəqibi Məsud Pezeşkianın türklər tərəfindən böyük dəstək almasına cavab olaraq ana tərəfdən türk (azərbaycanlı) olduğunu bildirib.

Səid Cəlilinin atasının məşhədli, anası isə ərdəbilli olduğu bildirilir.

Bir müddət öncə Səid Cəlilinin tərəfdarları Məsud Pezeşkianın namizədliyini və türklərin onu dəstəkləməsini monqolların hücumu və İranda yeni monqol hakimiyyətinin qurulmasına cəhd adlandırmışdılar.

Qeyd edək ki, 28 iyunda İranda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.

Tarix
2024.07.03 / 17:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Seçkilərin ilkin rəsmi nəticəsi - Pezeşkian irəlidədir

İslahatçılar Pezeşkianı qalib elan etdi - Foto

Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Xarici ölkələrdə verilən səslər açıqlandı – Pezeşkian liderdir

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ümumqoşun Ordunun yeni komandanı kimdir? - Dosye

İran seçkisi: Bakıdan Pezeşkiana bu qədər səs verildi

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

Orban Füzuliyə gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla