Yuxarı

Məsud Pezeşkian Urmiyadadır - İzdihamlı mitinq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentliyə namizəd Məsud Pezeşkian bu gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinə səfər edib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Urmiya hava limanında Məsud Pezeşkianı minlərlə urmiyalı qarşılayıb, "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarları səsləndiriblər.

Urmiyada izdiham qarşısında çıxış edən azərbaycanlı namizəd bir daha verdiyi vədləri yerinə yetirəcəyinə söz verib.

Urmiyalılar "Səttar xan, Baqir xan, Məsud xan" şüarları ilə onun dəstək veriblər.

Umiyadan əvvəl Kirmanşahda da on minlərlə insan tərəfindən qarşılanan Pezeşkianın görüşünü İranın bir sıra nüfuzlu media orqanları "Misli görünməmiş qarşılama" başlığı ilə yayıb.

Hazırda Pezeşkianın çıxış etdiyi Urmiyanın "Gənclər evi" idman kompleksinin ətraf küçələrində izdihamlı dəstək aksiyası keçirildiyi üçün yollar bağlanıb.

Tarix
2024.07.03 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranın ən yeni tarixində ilk: Azərbaycanlı prezident seçildi - Rəsmi

Türk əsri Şuşada başlayır: Əliyev tarixi səhifə açır

İslahatçılar Pezeşkianı qalib elan etdi - Foto

Cəlili tərəfdarları Pezeşkianı qalib kimi qəbul etdi

Xarici ölkələrdə verilən səslər açıqlandı – Pezeşkian liderdir

Bayramov Hakan Fidanla Şuşada görüşdü

Ümumqoşun Ordunun yeni komandanı kimdir? - Dosye

İran seçkisi: Bakıdan Pezeşkiana bu qədər səs verildi

Prezidentlərin Şuşada qeyri-rəsmi naharı oldu

Üç ölkə prezidenti Şuşada gəzintiyə çıxdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla