Brüssel hava limanında bu gün törədilən terror aktları
tarixdə ilk qanlı hadisə deyil. Bundan əvvəl də terrorçular
dünyanın müxtəlif ölkələrindəki hava limanlarını hədəf
seçiblər.
Modern.az son 15 ildə hava limanlarında baş
verən terror aktlarını təqdim edir.
18 iyul 2012-ci il Burqas (Bolqarıstan) –
Sarafovo hava limanında İsraildən gələn sərnişinlərin olduğu
avtobus partladılıb. Altı nəfər, o cümlədən bolqarıstanlı 36 yaşlı
sürücü yerindəcə ölüb. 37 nəfər yaralanıb.
24 yanvar 2011-ci il. Moskva -
Terrorçu-kamikadze Domodedovo hava limanının beynəlxalq uçuşlar
üçün nəzərdə tutulan zalında özünü partladıb. Nəticədə 31 nəfər
ölüb, 130 nəfər yaralanıb.
9 sentyabr 2010-cu il. Moqadişo (Somali) -
Paytaxt ətrafındakı hava limanında iki partlayış qeydə alınıb.
Onlardan biri hava limanı kompleksinin daxilində, ikincisi Afrika
ittifaqının sülhməramlı kontingentinin hərbçilərinin mühafizə
etdiyi hasarın perimetri boyunca darvazanın yanında baş verib. 8
nəfər ölüb.
5 avqust 2010-cu il. Zamboanqa (Filippin) - Bir
nəfər həlak olub, 6 nəfər xəsarət alıb. Hava limanına gəlmə zonası
qarşısında partlayıcı qurğu işə düşüb. Bir nəfər ölüb, 6 nəfər
yaralanıb.
16 sentaybr 2009-cu il. Moqadişo (Somali ) -
Somali paytaxtındakı hava limanında iki partlayış baş verib. 21
nəfər həlak olub, 40-a yaxın adam yaralanıb.
6 fevral 2007-ci il. İslamabad (Pakistan) - İki
terrorçu avtomobillə beynəlxalq hava limanının VİP zonasına girməyə
cəhd edib, sonradan onlardan biri binanın içərisinə daxil olmağa
çalışıb, ancaq xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən
saxlanılıb. Naməlum şəxs atəş açıb, hava limanının mühafizəsinin
əməkdaşları da atəş açmaöa başlayıblar, bu zaman terrorçu bədəninə
bağladığı partlayıcı qurğunu işə salıb. Nəticədə yaraqlının özü
ölüb, hava limanının 3 mühafizəçisi yaralanıb.
30 iyun 2007-ci il. Qlazqo (Şotlandiya) - Yanan
minik avtomobili sərnişin terminalına girib. Maşındakılar özlərini
çölə atıblar. Onların saxlanılması zamanı polis əməkdaşlarına
müqavimət göstərməyə cəhd ediblər. Bu insident terror aktı kimi
qeydə alınıb. Çünki bundan əvvəl London polisi Britaniya
paytaxtının mərkəzində saxlanılan və içərisində partlayıcı madə
olan avtomobili aşkar edərək zərərsizləşdirib.
31 avqust 2007-ci il. Kabul (Əfqanıstan) - 300
belçikalı desantçının mühafizə etdiyi Əfqanıstan paytaxtındakı hava
limanında terrorçu-kamikadze minalanış avtomobili binanın hərbçilər
üçün nəzərdə tutulan çıxışı tərəfdə partladıb. İki əfqan hərbçisi
həlak olub, 4 belçikalı sülhməramlı yaralanıb.
30 dekabr 2006-cı il. Madrid (İspaniya) -
Baraxas hava limanındakı beşmərtəbəli avtomobil dayanacağı
partladılıb. Partlayış dayanacağın bölmələrindən birini tamamilə
sıradan çıxarıb. Ekvadordan olan bir mühacir terorun qurbanı olub,
30-dan çox adam xəsarət alıb. Bu terrora görə baskların ETA
separatçı qruplaşması məsuliyyəti boynuna götürüb.
4 mart 2003-cü il. Dvao (Filippin) - Hava
limanının gözləmə zalında partlayış baş verib. 21 nəfər ölüb,
150-dən adam yaralanıb. Terror aktını çantasındakı bomba ilə
gözləmə zalına girən terrorçu törədib. Partlayış vaxtından tez baş
vediyindən hadisə yerindən uzaqlaşa bilməyən terorçu da ölüb.
20 iyul 2003-cü ilş Bastiya (Fransa) - Hava
limanının texniki ərazisinin yanında partlayıcı maddə işə salınıb.
İnsan itkisi olmayıb. Binaya ciddi ziyan dəyib. Bu aksiyaya görə
cavabdehliyi "Korsika milli azadlıq cəbhəsi" ekstremist təşkilatı
üzərinə götürüb.
27 iyul 2003-cü il. Santandera (İspaniya) -
Parayyas hava limanının binası qarşısında saxlanılan minik
avtomobilinə yerləşdirilən bomba partlayıb. Binaya ciddi ziyan
dəysə də, xəsarət alan olmayıb.
17 noyabr 2002-ci il. Xost (Əfqanıstan) - Hava
limanındakı güclü partlayış zamanı 5 nəfər ölüb, bir neçə nəfər
yaralanıb.
24 noyabr 2002-ci il. Yohannesburq (Cənbui Afrika
Respublikası) - Cənubi Afrika Respublikasındakı Qrand
Sentral hava limanının binalarından birində partlayıcı qurğu işə
salınıb. Partlayış zamanı bir nəfər qəlpə yaraları alıb.
Partlayışın zərbəsindən şüşələr çilik-çilik olub, binanın damına da
ziyan dəyib.
3 mart 2001-ci il. Banqkok (Tailand) -
"Boeing-737" təyyarəsində hava limanında partlayış baş verib.
Hadisə hava gəmisi uçuş zolağında havaya qalxmağa az qalmış olub.
Ekipaj üzvlərindən biri ölüb, hava şirkətinin digər 7 əməkdaşı
yaralanıblar. Polisin fikrincə, terror aktı bu təyyarədə uçmalı
olan ölkənin baş naziri Taksin Çinnavataya qarşı yönəlib.
20 oktyabr 2001-ci il. İslamabad (Pakistan) -
Hava limanında əldəqayırma bomba partlayıb. İtki olmayıb. Hava
limanının mühafizəsindəki patrul polisi binanın girişinə qoyulan
paket aşkarlayıb. Həmin paketdəki bomba xüsusi əraziyə aparılıb və
bomba zərərsizləşdirilənlər gələnə qədər patlayıb.
4 iyun 2000-ci il. Manila (Filippin) -
Sərnişinlərin gəlmə zonası yaxınlığında bomba partlayıb. Polisin
mlumatına görə, partlayıcı qurğu uçuş zalına gedişdəki ayaqyolunda
işə düşüb. Partlayış zalda ciddi fəsadlara səbəb olsa da, insan
itkisi qeydə alınmayıb.