Yuxarı

Putin Əliyevin məsləhətinə əməl etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin məsləhətinə əməl edərək Xəzərin problemlərini öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün mümkün qədər tez prosesə qoşulmağı tapşırıb.

"Bu yaxınlarda Azərbaycanda idim və həmkarımız, Azərbaycan Prezidenti diqqəti Xəzərin getdikcə dayazlaşmasına yönəltdi. O, Həştərxan vilayəti ilə qarşılıqlı əlaqələrdən çox səmimi danışdı. Sizdən bir xahişim var: əlbəttə ki, bunu hökumətə həvalə edəcəyəm, lakin siz Xəzər dənizinə kömək məqsədilə yaxın gələcəkdə hansı işlərin görülməli olduğunu başa düşmək üçün Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlilinin aparılması sorğusu ilə müvafiq müraciət hazırlayıb mənə göndərərsiniz", - Putin qubernatora bildirib.

Qubernator cavab olaraq elmi ictimaiyyəti və praktikləri bu işə cəlb edəcəyini və müvafiq hesabat hazırlayacağını vəd edib.

Tarix
2024.08.27 / 23:43
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Fəzail Ağamalının qızının dairəsi ləğv edilə bilər - Video

Bu məzarlıqda azərbaycanlının 6 milyonu və 6 kq qızılı axtarılır

Azərbaycanla Ermənistanın ölüm və doğuş müqayisəsi

Rusiya ABŞ-la razılaşaraq Ukraynaya girib – Sensasion rəy

Paşinyan 17 min nəfərə avtomat payladı, indi tapa bilmir…

Bayramov Kılıçla İrəvanla əlaqələri müzakirə etdi - Foto

Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - Video

Milli geyimlərin təbliği ilə bağlı müzakirə aparıldı - Foto

COP29-un ilk rəsmi tərəfdaşları açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla