Yuxarı

Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı Qusarda Qod Nisanovun əmrlərini yerinə yetirir - Video

Qusarda bir qrup sahibkara qarşı səlib yürüşünə başlanıb. Söhbət Qusar rayon Samur qəsəbəsi, “Samur” gömrük-sərhəd buraxılış məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlardan gedir.

Axar.az xəbər verir ki, sahibkarlar Vətəninfo.az-a müraciət edərək, çətin duruma düşdüklərini dilə gətiriblər. Sahibkarlar iddia edir ki, onların sahibkarlıq fəaliyyətini həyata keçirdikləri ərazi Rusiyada yaşayan iş adamı Qod Nisanovun xoşuna gəlib.

İş adamı sahibkarlarla deyil, icra başçısı Sahir Məmmədxanovla razılaşmaya gedib. Sahibkarların sözlərinə görə, bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Artıq icra başçısının göstərişi ilə bu obyektlərə dünəndən su da verilmir. Sahibkarlar bildirir ki, onlara qarşı təzyiqlərin arxasında Rusiyada yaşayan iş adamı Qod Nisanov və onun adamları durur, Qod Nisanovun himayəçisi rolunda isə icra başçısı Sahir Məmmədxanov və rayonun məmurları var.

“Turist” kafesinin sahibi Talıbov Ramin Rodin oğlu, “Ukraina” kafesinin sahibi Səlimov Teymur İkram oğlu, “Rossiya” kafesinin sahibi Xəlilov Hikmət Nəsrəddin oğlu ən çox təziq edilən sahibkarlardır. Onlara öz mülkiyyətlərindən imtina etmək üçün vaxt verilib. Bir sözlə, icra başçısı Sahir Məmmədxanov və əlaltıları birləşərək sahibkarlara divan tutur.

Tarix
2024.09.13 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla