Yuxarı

Milli geyimlərin təbliği ilə bağlı müzakirə aparıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı layihə çərçivəsində ictimai müzakirə keçirib.

Axar.az xəbər verir ki, 4 ay davam edən layihə çərçivəsində 10 araşdırma yazı, 6 veriliş hazırlanıb və bu gün yekun olaraq mütəxəssislər, ziyalıların iştirakı ilə ictimai müzakirə baş tutub.

Layihənin məqsədi Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfdir.

İctimai müzakirədə Milli Məclisin üzvləri Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Azərbaycan Dillər Universitetin Regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova, Bakı Milli Geyim Evinin rəhbəri, modelyer Könül Vəlibəyli, xalq artisti Nəzakət Teymurova, əməkdar artist Sənubər İsgəndərli, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı fikirlərini bölüşüblər.

Tarix
2024.09.13 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla