Yuxarı

Sumqayıtda bu məktəbi bit-birə basdı - Rəsmi açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda bu məktəbi bit-birə basdı - Rəsmi açıqlama

2024.09.13 - 22:45

Sumqayıt məktəbində mühüm problem üzə çıxıb.

Axar.az xəbər verir ki, "Sumqayıt24"ə daxil olan məlumata görə, tədris ilinin başlamasına sayılı günlər qalsa da, valideynlər övladlarının 14 nömrəli məktəbə getmələrini istəmirlər. Onlar təhsil ocağının sinif otaqlarında bit-birələrin olduğunu iddia edirlər.

Valideynlərin sözlərinə görə, problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunsa da, hələlik heç bir tədbir görülməyib.

"Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır", - deyə şikayət edən valideynlərdən biri bildirib.

***

Sumqayıtda məktəbdə bit-birələrinin olması ilə bağlı rəsmi açıqlama verilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də vacib şərtlərdəndir.

"Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblərdən irəli gələn məsələlər tədris ili müddətində davamlı olaraq aparılır, bu və bu kimi digər istiqamətlər üzrə də dezinfeksiya işləri davamlı xarakter daşıyır və illik plan əsasında həyata keçirilir.

Hazırda 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri aparılıb.

Son iki ay ərzində Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə ümumilikdə 200-ə yaxın ümumi və məktəbəqədər təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb", - deyə qurumdan bildirilib.

Qeyd edilib ki, hansısa təhsil müəssisəsində yoluxucu xəstəlik və ya digər xüsusi hallar aşkar edilərsə, aidiyyəti qurumlara məlumat verilir və sanitariya nəzarəti qurumlarının tələblərinə uyğun müvafiq tədbirlər görülür.

Tarix
2024.09.14 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

Bakıda bu küçələr xoşuma gəlir - Pelleqrini

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla