Moldova onu Azərbaycana təhvil verdi
09:51
Ana səhifə Planet |
Şimali Koreya lideri Kim Çen İn böyük yerdəyişmə qabiliyyətinə malik gəmilər üçün nəzərdə tutulmuş yeni hərbi-dəniz bazasının tikinti sahəsinə baş çəkib.
Axar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“Modernləşdirilmiş və çoxfunksiyalı hərbi dəniz bazasının yaradılması regional təhlükəsizlik vəziyyətinə uyğun olaraq Hərbi Dəniz Qüvvələrini qısa müddət ərzində güclü xidmətə çevirmək üçün əsas prosesdir”, - Kim Çen İn bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Şimali Koreyanın böyük sualtı qayıqları və gəmiləri olacaq. Onların yeni hərbi-dəniz bazasında yerləşdirilməsi nəzərdə tutulur.
Tarix
2024.09.08 / 11:30
|
Müəllif
Axar.az
|