Yuxarı

Trampa ikinci sui-qəsd cəhdi – Nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi edildiyinə dair məlumatlar yayılıb. İyulun 13-də edilən ilk sui-qəsd cəhdinin müəmmalı tərəfləri çox olsa da, Baydenlə debatdan (27 iyun) qalib ayrılan Trampın əlini ciddi şəkildə gücləndirdi. Respublikaçılar sentyabrın 10-a təyin edilən ikinci debatda Baydeni tamamilə nüfuzdan salacaqlarını düşünürdülər. Lakin proses demokratların əleyhinə cərəyan etdiyi vaxt “məğlub” Baydenin yerinə Harrisin namizəd olması mənzərəni dəyişdirdi. Debata Bayden yox, Harrislə çıxan Tramp bu dəfə istədiyi nəticəni əldə edə bilmədi. Debatdan sonra rəy sorğularının nəticələri də respublikaçıların namizədinin əleyhinədir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Trampa qarşı növbəti sui-qəsd cəhdi haqda yayılan məlumata münasibətində bildirib.

“Proseslərin inkişafı fonunda Trampa qarşı “növbəti sui-qəsd cəhdi” ilə bağlı informasiyaların ictimai rəyə hesablandığı ehtimalı daha güclü görünür. Bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur”, - o vurğulayıb.

Tarix
2024.09.16 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla