Yuxarı

İranın hədəsi: Ərəb ölkələrini də vuracaq?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Abbas Arakçı bildirib ki, öz hava məkanını İsrailə verən istənilən dövləti düşmən hesab edəcəyik. Məsələ burasındadır ki, ABŞ İsrail-İran müharibəsinin kənarında deyil. ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın İsrailə qarşı raketlərinin dəf olunmasında iştirak edib. Bu isə o deməkdir ki, ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İran rəsmiləri bölgədə yerləşdən ABŞ hərbi gəmilərinə də zərbə vura biləcəklərinə eyham vurublar:

“Belə olan halda ABŞ bölgədəki hərbi bazalarından İrana zərbələr endirəcək. ABŞ-ın böglədəki hərbi bazaları Türkiyə, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və bəzi mülahizələrə görə İordaniyada yerləşir. Aydındır ki, Ankara ABŞ-ın İncirlikdəki hərbi bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Ancaq eyni sözləri ərəb ölkələrinə aid edə bilmərik. Bu ərəb ölkələri İranın zəifləməsində maraqlıdırlar, ona görə də ABŞ və İsrailə mane olmayacaqlar. Belə olan halda nazir Abbas Arakçının söylədiyi kimi, İran qonşuluğundakı ərəb ölkələrinə də zərbə endirəcəkmi? Əgər bu baş verərsə, İran öz durumunu daha da ağırlaşdıracaq”.

Tarix
2024.10.04 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...

İlham Əliyev Cəbrayılda yaşayış kompleksinin açılışında...

İcmadan ABŞ-a cavab: Bu açıq-aşkar şantajdır!

MOSSAD: Xamenei bu gün son namazını qılacaq - Foto

Yılmaz Tunç Azərbaycana gəldi

Zakir Həsənov Türkiyəyə getdi

Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində…

İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan

Əli Əsədov Belarus baş naziri ilə görüşdü

Ərdoğan TŞ-ni topladı: Bakı-İrəvan münasibətləri...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla