Yuxarı

İsmayıl Qaani İsrail casusu idi – Hüseynidən şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıl Qaani sionist casusudur və müqavimət hərəkatına xəyanət edib. O, müqavimət hərəkatına bağlı şəxsləri İsrailə satıb, Qasm Süleymani, Həsən Nəsrullah, İsmayıl Haniyə və başqalarının ölümünə görə günahkardır.

Axar.az xəbər verir ki, bu barədə Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmməd Əli Əl-Hüseyni “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“O, (İsmayıl Qaani - red.) İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələri nəticəsində ölüb, bu, bütün satqınların aqibətidir”, - Əl-Hüseyni bildirib.

Xatırladaq ki, Seyid Məhəmməd Əli Əl-Hüseyni bundan əvvəl Həsən Nəsrullaha xəbərdarlıq edərək, onun İran tərəfindən satıldığını və öldürüləcəyi barədə xəbərdarlıq etdikdən bir neçə gün sonra Nəsrullah öldürüldü.

Qeyd edək ki, 27 sentyabrda İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələrindən sonra İsmayıl Qaani ilə əlaqə kəsilib. Bəzi mənbələr onun həmin zərbələr nəticəsində öldürüldüyü, bir sıra mənbələr isə onun İranda ev dustağı olduğu, Həsən Nəsrullahın öldürülməsinə görə dindirildiyini bildirsələr də, bunların heç biri rəsmi şəkldə təsdiqlənməyib.

Tehran rəsmiləri Qaaninin sağ olduğunu və yaxın günlərdə Əli Xameneinin ona “Fəth” nişanı verəcəyini iddia edirlər.

Tarix
2024.10.11 / 10:08
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Azərbaycanın MDB məkanında nüfuzu artır - Deputat

İrəvanı qorxuda: Türkiyə Ermənistana qoşun yeridəcək...

Prokurorun Əhmədlə bağlı açıqlamasında sensasion detal

Corciya Meloni Azərbaycana gələcək

Əhməd niyə ömürlük həbsə deyil, müalicəyə göndərildi?

Ələkrəm Hümbətov qiyamı: polis rəisi faktları açır – İlk dəfə

“Nar” sərfəli smartfon modellərini təqdim edir

Ölkəmizdə süni yağış texnologiyası tətbiq ediləcək

Ermənistanın Gəncədə törətdiyi 4-cü terrordan 4 il ötür

İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla