Yuxarı

Zəngəzur dəhlizinin açılması zaman məsələsidir - Türk nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizinin açılması zaman məsələsidir - Türk nazir

Azərbaycanın Şərq rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir. Birinci halda söhbət 61 kilometrlik marşrutdan, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan gedir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “Kanal7” telekanalında Cənubi Qafqazda kommunikasiyaların bərpası mövzusunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, marşrutla bağlı yekun qərardan asılı olmayaraq, nəqliyyat-logistika əlaqəsi qurulacaq.

"Bu və ya digər şəkildə biz Azərbaycanla birgə bu layihəni həyata keçirəcəyik. Müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər. Bu, zaman məsələsidir”, – deyə türkiyəli nazir deyib.

Nazirin fikrincə, heç bir ölkə öz ərazisinin Pekini Londonla birləşdirən beynəlxalq nəqliyyat arteriyasının bir hissəsinə çevrilməsinə qarşı çıxmamalıdır.

"Belə bir ideyaya qarşı çıxmaq sadəcə olaraq ehtiyatsızlıqdır", - deyə Uraloğlu vurğulayıb.

Türkiyəli nazir qeyd edib ki, Ankara Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı danışıqlarda birbaşa iştirak etməsə də, Türkiyə Bakı ilə daim təmas qurur və əlaqə saxlayır.

Gürcüstan ərazisindən Azərbaycanla əlaqənin mövcud olduğunu xatırladan türkiyəli nazir qeyd edib ki, alternativ nəqliyyat dəhlizi açılarsa, Azərbaycanla Türkiyə arasında malların çatdırılma müddəti azalacaq, Orta Dəhlizlə yükdaşımaların həcmi isə əhəmiyyətli dərəcədə artacaq.

Tarix
2024.10.13 / 18:52
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla