Yuxarı

İran azərbaycanlı milyarderin əsas ortağını hədəfə aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran azərbaycanlı milyarderin əsas ortağını hədəfə aldı

Babək Zəncaninin Türkiyədəki ortağı Qüdrət Tuncel İran Milli Neft Şirkəti tərəfindən məhkəməyə verilib.

Axar.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında İran Milli Neft Şirkətinin vəkili Gülam Rza Məhdəvi söyləyib. Onun sözlərinə görə, Tuncel Zəncaninin "Onur Eyr" şirkətindəki malının əsas əmanətçisidir. O hazırda Tuncellə bağlı araşdırmanın aparıldığını bildirib.

Qeyd edək ki, Zəncani bir müddət öncə məhkəmə tərəfindən verilən qərarın yumşaldılması üçün Türkiyədəki əmlakından imtina etdiyini açıqlayıb.

Martın 7-də İran məhkəməsi milyarder Babək Zəncaninin edam edilməsi qərarını verib. Zəncani İranın neft pullarının mənimsənilməsində və çirkli pulların yuyulmasında günahlandırılır. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var. Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab və Qüdrət Tuncel onun Türkiyədəki əsas ortaqları hesab edilir.

Tarix
2016.04.17 / 20:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla