Yuxarı

Media Sərkisyanı bahalı maşınlarla "vurdu” - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Media Sərkisyanı bahalı maşınlarla "vurdu” - Foto

Cəbhədə baş verən son hərbi toqquşmalardan sonra Ermənistan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycanın sahib olduğu müasir silahlarla bağldır.

Modern.az-ın məlumatına görə, Ermənistan cəmiyyəti, erməni ekspertlər ordunun niyə müasir silahlara malik olmadığı barədə ölkə rəhbərliyinə suallar ünvanlayırlar.

İşğalçı ordunun bu baxımdan Azərbaycandan geri qaldığı erməni ictimaiyyətində narahatlıq yaradıb.

Ermənistan ictimaiyyəti bu qənaətdədir ki, büdcədən ayrılan pullar hərbi məqsədlər üçün effektiv xərclənməyib. Sadə ermənilər düşünürlər ki, müasir silahların alınması məqsədilə məmurlar üçün xidməti avtomobillərin alınması, onların ezamiyyət xərcləri və digər lüzümsuz xərclər azaldılmalıdır.

Son hərbi əməliyyatlardan sonra Ermənistan cəmiyyətində hakimiyyətə qarşı çıxışlar artıb.

Qeyd edək ki, ölkə prezidenti Serj Sərkisyan da bu yaxınlarda Almaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Ermənistanın silahlarının 80-ci illərdən qaldığını etiraf etmişdi.

Sərkisyan Azərbaycan ordusunun daha güclü olduğunu etiraf edərək, "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi" deyib.

Daha sonra Ermənistan rəhbərliyi Rusiya və İsrailə Azərbaycana silah satdığına görə etirazını bildirmişdi.

Ermənstanda çıxan "Hraparak" qəzeti Serj Sərkisyanı və onun komandasını "vurub". Qəzet ölkə rəhbərliyinin müharibə haqqında söylədiyi "bizimki 80-ci illərdən qalma silahlardır, Azərbaycan Ordusunda isə son modern silahlardır" sözlərinə cavab olaraq Sərkisyan və onun məmur komandasının mindiyi bahalı, modern avtomobillərin fotolarını dərc edib. Sual olunub ki, bəs niyə hakim partiya üzvlərinin xidməti və şəxsi maşınları 80-ci illərin maşınları deyil? Niyə onların maşınlarının hər birinin qiyməti 100-200 min dollardır?

Tarix
2016.04.17 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla