Yuxarı

İsrailin İrana zərbə planı mediaya sızdı: Necə baş verib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrailin İrana qarşı cavab tədbirləri planlarına dair məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırır.

Axar.az xəbər verir ki, bu barədə CNN amerikalı məmura istinadla məlumat yayıb.

“Sızma dərin narahatlıq yaradır”, - məmur bildirib.

Məlumata görə, 15 və 16 oktyabr tarixli sənədlər “Middle East Spectator” Teleqram kanalında yerləşdirilib, cümə günü yayılmağa başlayıb.

Sənədlər "tam məxfi" olaraq qeyd olunub və onlar yalnız ABŞ və müttəfiqləri - Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən baxılması üçün nəzərdə tutulub.

Sənədlərdə İsrailin İrana zərbə endirmək üçün gördüyü hazırlıqlar qeyd olunub.

Mənbə bildirib ki, istintaq Pentaqonun iddia edilən sənədinə kimin daxil olduğunu araşdırır. İstənilən belə sızma avtomatik olaraq FTB-nin Pentaqon və ABŞ kəşfiyyat agentlikləri ilə birgə araşdırmasına səbəb olacaq.

“Əgər İsrailin İranın 1 oktyabr hücumuna cavab verməklə bağlı taktiki planlarının sızdırıldığı doğrudursa, bu, ciddi pozuntudur”, - ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə keçmiş köməkçisi və MKİ-nin zabiti Mik Malroy bildirib.

Tarix
2024.10.20 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Harris İsrailin soyqırım törətdiyini təsdiqlədi – Sensasiya

Bəzi millət vəkililəri bilmədiyi şeydən “dərs” verir

İsrail ordusunda inanılmaz: 140 zabit döyüşdən imtina etdi!

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Türk ölkəsinə axın: Emin orda böyük layihə başlatdı

Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə

Simonyan Qarabağ savaşına görə Bakıya haqq verdi…

Prezident Zəngilanla bağlı paylaşım etdi

Putin Bakıya gəlməkdən imtina etdi – Doğru qərardır!

Zəngilanın azad olunmasından dörd il ötür

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla