Yuxarı

İsrail qorxusu: HƏMAS yeni liderinin adını gizlədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS oktyabrın 16-da İsrail tərəfindən öldürülən Yəhya Sinvardan sonra Siyasi Büronun yeni rəhbərinin kimliyini gizlətməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Əşarq əl-Əvsət” nəşri mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, hərəkatın növbəti liderinin adının gizli saxlanması ilə bağlı HƏMAS daxilində müzakirələr davam edir:

“Hərəkatın rəhbərliyi Siyasi Büronun yeni rəhbərinin kimliyi ilə bağlı qərar qəbul etməyə doğru irəliləyir və ehtimal ki, onun adını təhlükəsizlik səbəbi ilə gizli saxlayacaq. Belə bir addım HƏMAS-ın yeni liderini İsrailin təqiblərindən qoruya və ona inzibati iş üçün daha geniş imkanlar yarada bilər. Bundan əlavə, hərəkat Qəzza zolağında atəşkəs üçün danışıqların bərpası və israilli girovların azad edilməsi halında kimin qərar verəcəyi ilə bağlı İsraili çaşdırmaq istəyir”.

Qeyd olunub ki, Sinvarın yerinə namizəd kimi HƏMAS Şurasının sədri Məhəmməd Dərviş, eləcə də hərəkatın Siyasi Şurasının üç üzvü – Xəlil əl-Həyya, Məhəmməd Nazzal və Xalid Məşəl kimi şəxslərin adları çəkilir.

Xatırladaq ki, bundan öncə Livan mediası Xalid Məşəlin HƏMAS lideri seçildiyini bildirmişdi.

Tarix
2024.10.20 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Harris İsrailin soyqırım törətdiyini təsdiqlədi – Sensasiya

Bəzi millət vəkililəri bilmədiyi şeydən “dərs” verir

İsrail ordusunda inanılmaz: 140 zabit döyüşdən imtina etdi!

Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”

Türk ölkəsinə axın: Emin orda böyük layihə başlatdı

Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə

Simonyan Qarabağ savaşına görə Bakıya haqq verdi…

Prezident Zəngilanla bağlı paylaşım etdi

Putin Bakıya gəlməkdən imtina etdi – Doğru qərardır!

Zəngilanın azad olunmasından dörd il ötür

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla