Yuxarı

İsrail Livandakı müharibəni bu şərtlərlə dayandıra bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Administrasiyasının xüsusi nümayəndəsi Amos Hokşteynin oktyabrın 22-də Livana səfəri öncəsi Netanyahunun ofisi Livanda atəşkəs şərtlərini əks etdirən sənədi Amerika tərəfinə təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Sənədin müəllifi Netanyahunun ən yaxın məsləhətçilərindən biri olan strateji işlər naziri Ron Dermerdir. Müdafiə Nazirliyinin və ÇAXAL-ın mövqeyi nəzərə alınmaqla hazırlanan mesaj oktyabrın 17-də Hokşteynə ötürülüb. İsrailin tələblərindən biri də ÇAXAL-a sərhəd bölgəsində fəaliyyət azadlığının verilməsidir. Bu, Hizbullahın terror infrastrukturunu yenidən qura bilməməsini təmin etmək məqsədi daşıyır. İsrail ordusuna Livanın hava məkanında hərəkət azadlığı da verilməlidir”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu tələb sərhədin şimal tərəfinə nəzarəti Livan ordusu və UNIFIL-ə həvalə edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə ziddir.

Amerika mənbələri Livan və beynəlxalq ictimaiyyətin İsrail şərtləri ilə razılaşmaq şanslarının praktiki olaraq sıfır olduğunu bildirir:

“Bununla belə, Hokşteynin digər məqsədi Livan ordusunun İsraillə sərhəddə mövcudluğunun artırılmasına və UNIFIL-in səlahiyyətlərinin genişləndirilməsinə nail olmaqdır”.

Tarix
2024.10.21 / 18:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

326 milyon manatı mənimsəyən dəstə ilə bağlı yeni xəbər

Azərbaycandan xaricə aviareyslərin qiymətləri açıqlandı

MM-də Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu...

Prezident Moldova ilə bağlı bu sazişi təsdiqlədi

Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla