Yuxarı

İsrailin İrana hücumu başa çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı", - məlumatda deyilir.

"Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi", - odrunun açıqlamasında deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır.

Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

Tarix
2024.10.26 / 08:10
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

İran İsrail raketlərini uğurla vurur – Əl-Mayadin

İrana zərbələr burdan idarə olunur - Foto

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

İsrailin İrana zərbə endirməsinə ABŞ-dan reaksiya

SEPAH-ın qərargahı, Tehran hava limanı vuruldu – Foto

İsrail ordusu təsdiqlədi: İranda bu ərazilər vurulur

İsrailin İrana hücumu başladı: Tehranda partlayışlar... - Təcili

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla