Yuxarı

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda bu gün parlament seçkisi xaricdən yönəlmiş dağıdıcı qüvvələrin ciddi təzyiqlərinə tab gətirməli olan dövlət sistemi üçün ciddi stress sınağıdır.

Bunu Axar.az-a rusiyalı ekspert Vitali Arkov Gürcüstanda keçiriləcək parlament seçkisini şərh edərkən deyib.

“Bu, vətəndaş cəmiyyəti üçün hələ də ciddi sınaqdır: cəmiyyət yetkinləşib, inkişaf yolu ilə inamla getmək iqtidarındadır, yoxsa onu yenidən asanlıqla əvvəlcədən müəyyən edilmiş doğru yoldan azdırmaq olar? Gürcüstan Qərbdən idarə olunan “Qızılgül inqilab”ından sonra ona güvənərək, aldanaraq böyük səhvə yol verib. O öz acı təcrübəsindən - vəd edilmiş demokratiya əvəzinə ölkə Saakaşvili və onun Milli Hərəkatdan olan əlaltılarının diktaturası ilə üzləşəndə, ölkəni bütün postsovet məkanında ən böyük siyasi repressiyalar və daha da pisi, siyasi qətllər bürüyəndə - dərs aldımı? İnanmaq istərdim ki, gürcü cəmiyyətinin əhəmiyyətli bir hissəsi - həmin kədərli hadisələri yaşayanlar müvafiq nəticələr çıxarıb və yenidən tələyə düşməyə imkan verməyəcək, əksinə, tarixi inkişaf yoluna qayıtmağa davam edəcək. Üstəlik, bu istiqamətdə artıq nəhəng işlər görülüb və əldə olunan nailiyyətlər hər bir gürcü evində görünür və başa düşülür. Bunları xüsusilə əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə yaxşı münasibətlərin bərpası yolu ilə qiymətləndirmək asandır. Belə olan halda söhbət gürcü xalqının çoxəsrlik münasibətlər tarixində bir neçə dəfə köməyinə gələn Rusiyadan gedir”, - o bildirib.

Arkovun sözlərinə görə, Rusiyada çoxları Gürcüstanda baş verən hadisələri böyük diqqətlə izləyir və səmimi şəkildə narahatdır:

“Lakin Kremlin sözçüsü Peskovun dediyi kimi, Rusiya nə indiki seçki prosesinə, nə də ümumilikdə Gürcüstanın daxili işlərinə qarışır. Eyni sözləri Vaşinqton və Brüsselin göstərişlərinə kor-koranə əməl etməsini, Tiflisə qarşı çirkin şantaj və açıq təhdidlərə boyun əyməsini, ondan mahiyyətcə suverenlikdən imtina etməsini tələb edən keçmiş tərəfdaşlar haqqında demək olmaz. NATO və ya AB-yə qəbul olunmaq üçün Qərbə xas olan açıq-aşkar qeyri-mümkün vədlər, tələb olunan demokratiya səviyyəsinə nail olmaq şərtləri, eləcə də digər cəfəngiyatlar əvəzinə, Rusiya Gürcüstana milyonlarla səxavətli turist və onun iqtisadiyyatına milyonlarla dollar sərmayə göndərir, gürcü malları üçün praktiki olaraq limitsiz bazarını açıb və sanksiyalar altında malların tranzitindən pul qazanmaq imkanı yaradıb”.

Tarix
2024.10.26 / 08:30
Müəllif
Zeynəb, Ruslan
Digər xəbərlər

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

İran İsrail raketlərini uğurla vurur – Əl-Mayadin

İrana zərbələr burdan idarə olunur - Foto

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

İsrailin İrana zərbə endirməsinə ABŞ-dan reaksiya

SEPAH-ın qərargahı, Tehran hava limanı vuruldu – Foto

İsrail ordusu təsdiqlədi: İranda bu ərazilər vurulur

İsrailin İrana hücumu başladı: Tehranda partlayışlar... - Təcili

Rusiyalı nazir müavinindən Azərbaycanla bağlı təklif

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla