Yuxarı

Rusiyalı nazir müavinindən Azərbaycanla bağlı təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov Rusiya və Azərbaycanın turizm bazarlarının birləşdirməsini təklif edib.

Axar.az xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Rusiya paytaxtında nümayəndəliyinin açılışında çıxış edən D.Vaxrukov qeyd edib ki, Moskva ilə Bakını müxtəlif sahələrdə çoxillik möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir.

“İnsanlar arasında humanitar əlaqələrin qurulmasının əsas yolu kimi turizm hazırda birgə gündəliyimizin başındadır. Bunu ölkələrimiz arasında 160 birbaşa aviareys göstərir”, - deyə nazir müavini bildirib.

O vurğulayıb ki, Azərbaycan və Rusiya hazırda iqtisadi əməkdaşlıq üzrə “yol xəritəsi”ni həyata keçirirlər.

“Biz deməməliyik ki, bizim Rusiya və Azərbaycanda ayrıca turizm bazarlarımız var. Biz turizm bazarlarımızı birləşdirə və birgə turizm məhsulları üzərində işləyə bilərik. Bunlar böyük perspektivlərdir”, - deyə D.Vaxrukov qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə artıq əməli addımlar mövcuddur:

“Bu, “Roza xutor” və “Şahdağ” dağ kurortunun daxil olduğu Avrasiya Dağ Kurortları Alyansıdır. Bu, bizim turizm sahəsində əlaqələrimizi necə inteqrasiya edə biləcəyimizin sadəcə bir nümunəsidir”.

Tarix
2024.10.26 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Şok: İsrail İranın nüvə stansiyasını vurdu – Təcili

İsrailin İrana zərbə endirməsinə ABŞ-dan reaksiya

SEPAH-ın qərargahı, Tehran hava limanı vuruldu – Foto

İsrail ordusu təsdiqlədi: İranda bu ərazilər vurulur

İsrailin İrana hücumu başladı: Tehranda partlayışlar... - Təcili

AP Bakını, görün, nə ilə “vurdu” – Bu, rüsvayçılıqdır!

BMT BA-nın prezidenti də Bakıya gəlir

Nəsib Həsənov Ukraynada 100 milyon dollara şirkət aldı

Növbəti demarkasiya hansı ərazilərdə olacaq?

Əliyevlə Paşinyanın Kazan görüşü: Yalnız ikisi…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla