Yuxarı

Nəsib Həsənov Ukraynada 100 milyon dollara şirkət aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın ən böyük titan mədənçisi və zənginləşdiricisi olan “Ukrayna Birləşmiş Mədən və Kimya Şirkəti” (UMCC) özəl şirkətə satılıb.

Axar.az Lent.az-a istinadən bildirir ki, hərrac nəticəsində azərbaycanlı iş adamı Nəsib Həsənov şirkətin yeni sahibi olub və o, aktivlər üçün təxminən 4 milyard qrivna təklif edib ki, bu da 97 milyon dollara bərabərdir. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

O təsdiqləyib ki, Həsənova məxsus “Tsemin Ukrayna” şirkəti UMCC-nın özəlləşdirilməsi üzrə hərracın yeganə iştirakçısı olub. Şirkətə müvafiq olaraq Dnepropetrovsk və Jitomir vilayətlərində yerləşən “Volnoqorsk” mədən-metallurgiya zavodu, həmçinin “İrşanski” mədən və emalı zavodu daxildir.

“Hökumət UMCC-dəki dövlət payını satmaq qərarına gəlib. Hərracın qalibi təxminən 4 milyard qrivna təklif edib”, – baş nazir öz Telegram kanalında yazıb.

Sövdələşmənin təsdiq edilmiş şərtlərinə əsasən, yeni sahibi müəssisənin əsas profilini saxlamağı, həmçinin texniki modernləşdirməyə ən azı 400 milyon qrivna sərmayə qoymağı, işçilərə əmək haqqı borclarını ödəməyi və büdcəyə borcları ödəməyi öhdəsinə götürür.

Tarix
2024.10.25 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

AP Bakını, görün, nə ilə “vurdu” – Bu, rüsvayçılıqdır!

BMT BA-nın prezidenti də Bakıya gəlir

Növbəti demarkasiya hansı ərazilərdə olacaq?

Əliyevlə Paşinyanın Kazan görüşü: Yalnız ikisi…

Bakıda yanan obyekt məşhur otel imiş

ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı

Milli Məclisin iclasında bu 11 məsələ müzakirə olunacaq

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

Azərbaycan Avropa Birliyinə nota verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla