Yuxarı

Güləşçimiz dünya çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

Axar.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.

O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.

Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.

Tarix
2024.10.25 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

AP Bakını, görün, nə ilə “vurdu” – Bu, rüsvayçılıqdır!

BMT BA-nın prezidenti də Bakıya gəlir

Nəsib Həsənov Ukraynada 100 milyon dollara şirkət aldı

Növbəti demarkasiya hansı ərazilərdə olacaq?

Əliyevlə Paşinyanın Kazan görüşü: Yalnız ikisi…

Bakıda yanan obyekt məşhur otel imiş

ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı

Milli Məclisin iclasında bu 11 məsələ müzakirə olunacaq

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla