Yuxarı

AP Bakını, görün, nə ilə “vurdu” – Bu, rüsvayçılıqdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırış edib. Bu ayın əvvəlində ABŞ Senatının və Nümayəndələr Palatasının 60 yaxın üzvü də Azərbaycana təzyiq məqsədi ilə oxşar çağırışda bulunmuşdu. Yəni Qərb mütəşəkkil şəkildə Azərbaycanın üzərinə yeriyir...

Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, Azərbaycan Milli Məclisinin bu qətnamə ilə bağlı bəyanatında “şovinist, irqçi və müstəmləkəçi düşüncəyə söykənən Avropa Parlamenti...” ifadəsi yer alır:

“Bu ifadə nəyə söykənir? Deməli, avropalı deputatların müraciətində belə bir yer var: “Azərbaycan hökuməti ilə açıq-aşkar əlaqələri olan Bakı Təşəbbüs Qrupu “müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” istiqamətində işləmək iddiasındadır. Onlar Fransanın uzaq dənizlərdəki ərazilərində müstəqillik hərəkatlarını dəstəkləyirlər”...

Azərbaycan müstəmləkəçiliyə qarşı çıxır, ən azı özləri bunu etiraf edirlər. Məntiqlə AB bütövlükdə, o cümlədən parlamenti də buna görə Azərbaycana minnətdar olmalıdır. Avropa Birliyi nə edir? Fransanın uzaq dənizlərdəki adalarda yeritdiyi müstəmləkəçilik siyasətinə bəraət qazandırır, bu barbar siyasətə qahmar çıxır. Düşünə bilirsizmi? Avropa Birliyi gecə-gündüz humanizmdən, insanlıqdan, demokratik dəyərlərdən danışır, əməldə isə Fransanın, eləcə də digər Avropa ölkələrinin yeritdiyi müstəmləkəçilik siyasətini müdafiə edir. Müstəmləkəçiliyi müdafiə edən AB xəcalət çəkməlidir ki, Fransanın təpkisi ilə özünü belə bir biabırçı günə qoyur. AB ölüb yerə girməlidir...

Bu müraciətdə toxunmaq istədiyim daha bir məqam var. Diqqət edin: Avropa Parlamentinin deputatları həmçinin Azərbaycan hakimiyyətini “erməni əhalisinin Dağlıq Qarabağa təhlükəsiz qayıtmasına imkan verməyə” və ötən il “Dağlıq Qarabağ”ın təslim olmasından sonra saxlanılan bütün erməni hərbi əsirləri azad etməyə çağırıblar. Onlar həmçinin Azərbaycanı “regionda mədəni, dini və ya tarixi irsin məhv edilməsinin qarşısını almağa, onların etinasızlıq ucbatından və ya ilkin mahiyyətin dəyişdirməkdən çəkinməyə çağırıb və Azərbaycanın “Dağlıq Qarabağ”a UNESKO-nun missiyasının daxil olmasına icazə verməsində təkid ediblər.

Amerikalılar kimi avropalılar da erməni əsirlərin azad olunmasını tələb edirlər. Ən maraqlısı odur ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı yer çoxdandır ki, mövcud deyil. Ancaq kor tutduğunu buraxmayan kimi, ABŞ və AB bu ifadədən yapışıb qalıb. Yəni sözlərinin canı odur ki, “Dağlıq Qarabağ” sizin üçün yoxdur, bizim üçün var...

UNESKO-nun missiyasının Qarabağa girişini tələb etmək isə, ümumiyyətlə, həyasızlıqdan başqa bir şey deyil. İcazə verin soruşum: Qarabağ 30 il işğal altında oldu. Azərbaycan UNESKO-nun missiyasının oraya daxil olması üçün AB də daxil olmaqla, onlarla təşkilata müraciət etdi. Qərb konkret bir iş gördümü? İşğal altında olan ərazilərdəki 67 məscidi ermənilər məhv edib. Yalnız 2 məscid zədələnmiş halda salamat qalıb. “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı, Ağdam “Ruhlar şəhəri” kimi tanınırdı. O vaxt UNESKO-nun missiyasının başına niyə daş düşmüşdü? Avropa Parlamenti niyə ağzına su almışdı? Aydındır ki, Avropa Birliyi, ABŞ, elə Rusiya, üstəlik İran da erməni istilasını gizli və açıq şəkildə müdafiə edirdilər. Elə indi də edirlər...

ABŞ Senatının və Nümayəndələr Palatasının 60 yaxın üzvünün müraciətini bizim antimilli müxalifət “bəh-bəh”lə qarşılamışdı. Avropa Parlamentinin bu müraciətini də bizim müxalifət alqışlarla qarşılayacaq...”

Tarix
2024.10.25 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyalı nazir müavinindən Azərbaycanla bağlı təklif

BMT BA-nın prezidenti də Bakıya gəlir

Nəsib Həsənov Ukraynada 100 milyon dollara şirkət aldı

Növbəti demarkasiya hansı ərazilərdə olacaq?

Əliyevlə Paşinyanın Kazan görüşü: Yalnız ikisi…

Bakıda yanan obyekt məşhur otel imiş

ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı

Milli Məclisin iclasında bu 11 məsələ müzakirə olunacaq

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla