Yuxarı

Bu ölkədə "Trami" 81 nəfərin ölümünə səbəb oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippində “Trami” tropik qasırğası səbəbindən ölənlərin sayı 81-ə çatıb, ən azı 20 nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, həftə ərzində “Trami”nin gətirdiyi şiddətli yağış kütləvi daşqın və torpaq sürüşmələrinə səbəb olub. Ən çox ölüm Batanqas əyalətində (47) və Bikol regionunda (28) qeydə alınıb. Bundan başqa, infrastruktura, evlərə, kommunikasiya xətlərinə, avtomobillərə ciddi ziyan dəyib. Bir neçə hava limanında yüzlərlə uçuş təxirə salınıb. Hazırda təbii fəlakət bölgəsində itkin düşənlərin axtarışları və fəsadların aradan qaldırılması işləri aparılır.

Qeyd edək ki, “Trami” bu il Filippini vuran 11-ci qasırğadır. Ölkənin təbii fəlakətlərlə mübarizə mərkəzi 15 region üzrə 2,6 milyon nəfərin qasırğanın fəsadlarından təsirləndiyini, 320 min nəfərin daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Tarix
2024.10.25 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

AP Bakını, görün, nə ilə “vurdu” – Bu, rüsvayçılıqdır!

BMT BA-nın prezidenti də Bakıya gəlir

Nəsib Həsənov Ukraynada 100 milyon dollara şirkət aldı

Növbəti demarkasiya hansı ərazilərdə olacaq?

Əliyevlə Paşinyanın Kazan görüşü: Yalnız ikisi…

Bakıda yanan obyekt məşhur otel imiş

ABŞ-ın buna hüququ yoxdur - Rəsmi Bakı

Milli Məclisin iclasında bu 11 məsələ müzakirə olunacaq

Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı... - Pais

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla