Yuxarı

Yaponiyada qar 9 nəfərin həyatına son qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada 2 gündür davam edən güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 1300-dək insan xəsarət alıb.

"Axar.az" xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Məlumata görə, güclü qar ölkənin 30 prefekturasında tüğyan edir. Xəstəxanalara yerləşdirilən insanların əksəriyyəti buzlu yolda yıxılaraq xəsarət alıb.

Bu gün axşam saatlarınadək Tokioda 27 sm-dək qar yağıb. Bu göstəricinin son 45 ilin rekord göstəricisinə çatdığı bildirilir. Kofu şəhərinə son 120 il ərzində ən çox qar yağıb – burada qarın hündürlüyü 1,14 m təşkil edib. Güclü qar həmçinin Senday və Fukusimada da müşahidə olunur.

Qeyri-sabit hava şəraiti səbəbindən 800-dən çox təyyarə reysi təxirə salınıb. Problemlər həmçinin qatarların hərəkətində də yaşanır. Tokiodan qərb prefekturalarına gedən avtomobil yollarında nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. Ölkənin 7 prefekturasında 24,5 ev işıqsız qalıb.

Qeyd edək ki, ötən həftənin sonunda ölkəyə yağan güclü qar nəticəsində azı 15 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Tarix
2014.02.15 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla