Yuxarı

İran prezidenti Azərbaycanla dəhlizin açılmasına tələsir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkian özəl sektor və xarici investorların İranın infrastruktur layihələrinə sərmayə qoymasının vacibliyini vurğulayıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Pezeşkian ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətinin nəzərdən keçirildiyi Yol Nazirliyinin rəsmiləri ilə görüşdə bu fikri bildirib.

İclasda yol naziri Fərzaneh Sadiq nəqliyyat infrastrukturu və regional dəhlizlərin həyata keçirilməsi üzrə Moskva ilə əməkdaşlıq haqqında razılaşma və sənədlərin son vəziyyəti haqqında hesabat təqdim edib.

Ölkənin beynəlxalq avtomobil və dəmir yolu dəhlizlərinin vəziyyəti ilə bağlı yol nazirinin və digər aidiyyəti məsul şəxslərin izahatlarını dinləyən dövlət başçısı Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməsini, eləcə də beynəlxalq Şimal-Cənub dəhlizi dəmir yolu xəttinin başa çatdırılmasını vurğulayıb.

"Bu regional dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır", - Pezeşkian qeyd edib.

Tarix
2024.11.02 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağa 88 dəfə gələn Koks indi İrəvanda işə başladı

Xəzər dənizinin çirklənməsinin yeni mənbələri aşkarlandı

İki ölkə ordusu bizə qarşı döyüşür - Zelenski Çini gözləyir

Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

3 gün qaldı: ABŞ-da prezident kim olacaq? – Proqnoz

Lavrovdan Türkiyə əleyhinə sərt sözlər – Nə baş verib?

Şahin Mustafayev Qriqoryan görüşdü: 4 müzakirə və razılıq...

Radikallardan Pezeşkiana “xəbərdarlıq”: Bakıya getmə!

Trampdan şok iddia: Putinin bu planını məhv etdim

Ukrayna cəbhəsi dağıldı: Rusiya ordusu sürətlə irəliləyir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla