Yuxarı

Lavrovdan Türkiyə əleyhinə sərt sözlər – Nə baş verib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyyət” qəzetinə verdiyi müsahibədə Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Lavrov bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşılmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərinin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”. Rusiyanın xarici işlər naziri Ankaranın bu siyasətinin iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

Bildirilib ki, Rusiya xarici işlər nazirinin Türkiyə-Ukrayna hərbi əməkdaşlığına görə Ankaranı tənqid etməsi yersizdir:

“Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, Rusiyanın Krımı ilhaqını tanımayıb. Türkiyənin Rusiya ilə olduğu kimi, Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Rusiya müxtəlif dövlətlərə silah və hərbi texnika satır və əsas məqsədi həm gəlir əldə etmək, həm də silah bazarında mövqelərini möhkəmlətməkdir. Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları satarkən eyni maraqlardan çıxış edib. Türkiyə Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər.

Buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daima vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Rusiya və Ukrayna nümayəndələrinin sonuncu görüşü məhz İstanbulda keçirilib. Rusiya Prezidenti Vladimir Putin Türkiyənin vasitəçilik təşəbbüslərinə görə dəfələrlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Lavrov Türkiyə haqqında prezidentindən fərqli fikirlər söyləməyə başladı?

Sergey Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni o, bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi və Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı. Kreml Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa çalışarkən, həmçinin İkinci Qarabağ müharibəsi zamanı hərbi texnikanı Ermənistana daşıyırdı. Bu halda eyni sözləri Rusiya haqqında demək olardı, yəni qarşıduran tərəflərə hərbi texnika göndərən dövlət vasitəçi ola bilməz.

Sergey Lavrovun Ankaranın siyasətinin Moskva ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiyanın NATO ölkəsi olan Türkiyə ilə tərəfdaşlığı gücləndirməsinə ehtiyacı var. Əks halda Rusiya Prezidenti Türkiyənin BRİKS təşkilatına üzvülüyünü dəstəkləməzdi. Rusiyanın “Rosatom” şirkəti Türkiyənin Mersin bölgəsində atom elektrik stansiyasının tikintisini bitirdikdən sonra Sinopda ikinci stansiyasının tikintisində maraqlıdır”.

Tarix
2024.11.01 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi

Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...

Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu

Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto

Ərdoğanın müşaviri Bakıdan hədələdi

Yaşar Gülər DSX rəisi ilə görüşdü - Foto

Bələdiyyə seçkilərinə namizədliyini irəli sürənlərin sayı...

İran mühafizəkarları Bakıya yenə dil uzatdı

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi

Zəngəzur dəhlizinin açılması ilə bağlı son müsbət qərar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla