Yuxarı

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed ən-Nəhyanı qəbul edib.

Axar.az xəbər verir ki, qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ənNəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed ən-Nəhyana çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu.

Münasibətlərimizin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulandı.

Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən böyük nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed ən-Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu.

Mərasimdə "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə "Abu Dhabi Future Energy Company" - "Masdar" və "Azərbaycan Yaşıl Enerji Şirkəti" MMC arasında əməkdaşlıq Sazişi", "Azərbaycan İnvestisiya Holdinqi ilə "L"IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi", "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "GROUP 42 Holding Ltd" arasında "Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və "XRG SGC LIMITED" arasında "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi", həmçinin Energetika Nazirliyi, SOCAR və "Masdar" arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalandı.

Tarix
2026.09.14 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla